Bərdədə narkomaniya, kibercinayətkarlıq və zərərli vərdişlərə qarşı profilaktik tədbir keçirilib
30.04.2026-cı il tarixində Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə “Narkomaniya, kibercinayətkarlıq və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda proflaktik tədbir keçirilmişdir.
Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Fərid Şükürov, Arzu Rəşidzadə, Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvü Kəmalə Ağayeva və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun müdiri Aydın Qasımov iştirak edib. Tədbirdə çıxış edənlər yeniyetmələr arasında narkomaniya, kibercinayətkarlıq və digər zərərli vərdişlərin yaratdığı təhlükələrdən bəhs edərək bu halların qarşısının alınmasının vacibliyini vurğulamış, gəncləri sağlam həyat tərzinə üstünlük verməyə və hüquqi məsuliyyət barədə məlumatlı olmağa çağırmışlar.






