Bərdədə “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
24 sentyabr 2024 | 10:19
RİHB aparatı yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri və üzvləri Bərdə şəhər S.Behbudov adına tam orta məktəbdə keçirilən “Peşə təmayüllü siniflərin təşkili” layihəsi ilə tanış olublar.
Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, 6 nömrəli məktəbin direktoru Vüsalə Musayeva, Bərdə qəzetinin əməkdaşı Şüküfə Əliyeva, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin qrup rəhbəri Fidan Vəliyeva və müəllim-şagird kollektivi iştirak ediblər.
Tədbirdə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin qrup rəhbəri Fidan Vəliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, ümumi orta təhsil səviyyəsində təhsilalanların ilkin peşələrlə tanışlığı, şagirdlərə peşə vərdişlərinin aşılanması onlara əmək bazarında asan iş tapmaqları istiqamətində çox faydalı olacaq. Daha sonra layihənin əhatə dairəsi və növbəti hədəfləri haqqında məlumat verilib.
Sonra əvvəlki illərdə görülən işlər barədə videoçarx izlənilib.
Eyni zamanda iştirakçı qonalar da “Peşə təmayüllü siniflərin təşkili” siniflərində təhsil alan şagirdlərə peşə təhsilinin əhəmiyyətindən danışaraq onlara yeni tədris ilində uğurlar arzulayıblar.
Tədbir zamanı peşə təmayüllü siniflərin şagirdləri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgiyə də baxış keçirilib.