Bərdədə qabaqcıl barama istehsalçılarının nailiyyətlərinin təşviqi mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 8.5.2. tapşırığının (qabaqcıl barama istehsalçılarının nailiyyətlərinin təşviqi) icrası ilə əlaqədar hər il olduğu kimi cari ildə də rayonda fəaliyyət göstərən kümçülərin ümumi yığıncağı keçirilmiş qabaqcıl kümçülərin fəaliyyətləri bütün kümçülərə çatdırılmış, həmçinin ipək qurdu saxlanılması dövründə qabaqçıl kümçülərin fəaliyyətlərinin öyrənilib tətbiq edilməsi ilə bağlı kümçülərin həmin təsərrüfatlara baxışları keçirilmişdir. Bundan əlavə fəaliyyətində fərqlənmiş kümçülər Bərdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişlər.