Bərdədə "Qadınlara qarşı zorakılığa son" adlı tədbir keçirilmişdir.
15 dekabr 2023 | 09:27
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı ilə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbin akt zalında "Qadınlara qarşı zorakılığa son" adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən komissiyanın sədri Səfurə Hümbətova çıxış edərək qeyd edib ki, qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülməsi üçün bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür.
Sonra komissiyanın üzvləri RİH-nin baş mütəxəssisi Leyla Mehtiyeva, rayon Mədəniyyət Mərkəzinin müdiri Gülbəs Məmmədova, QRGİİ-nin rayon sektorunun baş məsləhətçisi Fidan Nəsirli, şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbin direktoru Mehparə Mustafayeva, həmçinin məktəbin direktor müavini Lətifə Əliyeva, rayon sakinləri Gülnarə Məmmədova , Vüsalə Mirzəliyeva çıxış edərək qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılandığını, davamlı olaraq Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hallarının hələ də mövcud olduğunu qeyd ediblər. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının pozuntusu hesab edilməli və ciddi məsuliyyətə səbəb olmalıdır.