Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Qida məhsullarının konservləşdirilməsi, sağlam və rasional qidalanma mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

29 aprel 2024 | 10:13
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər Planının 10.12.3. (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4. (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5.( Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)) nömrəli tapşırığın icrası ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin, Bərdə rayon Mərkəzi Xəstəxanasının, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələrinin iştirakı ilə Bərdə Peşə Liseyində maarifləndici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələrin, xüsusi həssas əhali qruplarının konservləşdirilmiş qida məhsullarından istifadə zamanı sağlam və rasional qidalanma qaydalarına riayət edilməsi üzrə məlumatlılıq səviyyəsini artırmaqdır.
Tədbir qarşılıqlı diskussiya şəklində keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər