Bərdədə qida təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
26 yanvar 2023 | 15:41
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.8.3 (zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi) və 10.8.7 (Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi) nömrəli bəndlərinin icrası ilə əlaqədar Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Birliyinin əməkdaşları iştirak etmişlər.