Bərdədə Qurban bayramı ilə əlaqədar ət kəsimi məntəqələrində monitorinq keçirilib
03 iyun 2025 | 16:05
Qurban bayramı ilə əlaqədar olaraq ət kəsimi məntəqələrində sanitariya və gigiyenik normalara əməl olunmasına nəzarət məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Polis şöbəsinin və rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə keçirilən monitorinq zamanı baytar həkimlər tərəfindən qurbanlıq heyvanların sağlamlığının yoxlanılmasına, kəsim yerlərində gigiyenik-sanitariya qaydalarına əməl olunmasına və öncədən müəyyən edilmiş məntəqələrdə kəsimlərin həyata keçirilməsinə yaradılmış şəraitə baxış keçirilib.