Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə rəhbər vəzifəli şəxslərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir

21 fevral 2024 | 10:52

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 09 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının 6.2.3. nömrəli tapşırığının (Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi) icrasını ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə Rayon İcra Hakimiyyətinin Aparatının, Bərdə Rayon İcra Hakimiyyətinin başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə dövlət idarəçiliyində ədəbi dilin düzgün tətbiq edilməsi, onun normaları haqqında geniş məlumat verilmişdir.

Keçidlər