Bərdədə “Rəqəmsal dünyada uşaqlarımız” adlı tədbir keçirilib.
23 sentyabr 2025 | 17:07
23 sentyabr 2025-ci il tarixində Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Yeni Əyricə kənd mədəniyyət evində “Rəqəmsal dünyada uşaqlarımız” adlı tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, RİH-in əməkdaşı Leyla Mehtiyeva, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, komissiyanın üzvü Liza Cabbarova, Yeni Əyricə kənd tam orta məktəbin şagirdləri və kənd sakinləri iştirak ediblər.
Komissiyanın sədri Səfurə Hümbətova çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə geniş məlumat verib və bu kimi tədbirlərin şagirdlərimizin rəqəmsal dünyada daha şüurlu və məsuliyyətli olmalarında böyük rol oynayacağını qeyd edib. RİH-in əməkdaşı Leyla Mehtiyeva virtual aləmdə yeniyetmələrin aldadılaraq təsir altına salınması, ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması barədə uşaqları xəbərdar edib. Sonra komissiyanın üzvü Liza Cabbarova çıxış edərək bildirib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün faydalanmağın vacib olduğunu diqqətə çatdırıb. QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli çıxış edərək internetin üstünlük və imkanları, internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdən istifadə zamanı davranış mədəniyyəti, zamanın düzgün tənzimlənməsi, internetin potensial zərərləri və onlardan qorunma yolları barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların mövzu ilə bağlı fikirləri eşidilib.






