Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Sağlam və savadlı ana sağlam və savadlı gələcəkdir!" adlı layihə çərçivəsində təlim keçirilib.

29 noyabr 2024 | 10:51
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ədalət və İnkişaf Naminə "Uşaq və Gənclərə Dəstək İctimai Birliyi tərəfindən "Sağlam və savadlı ana sağlam və savadlı gələcəkdir!" adlı layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Mehtiyeva, layihə rəhbəri Günay Hüseynova, təlimçi-psixoloq Əşrəf Quluyev iştirak ediblər.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər, xüsusilə qızlar arasında erkən nikah və onun fəsadları ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi, onların bu sahədə biliklərinin artırılmasından ibarətdir.
Layihə çərçivəsində erkən nikahın insan orqanizminə və həyatına təsiri haqqında sosial çarx izlənib, maarifləndirici bukletlər paylanıb, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Keçidlər