Bərdədə şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
21 yanvar 2025 | 16:33
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə şəhid Alı Mustafayev adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvü Liza Cabbarova, QMƏVŞAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, regional “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Bəhruz Abdullayev, şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov, təlim-tədris işləri üzrə direktor müavini Aynur Baxşəliyeva, ədəbiyyat müəllimi Elmira Babayeva, tarix müəllimi Məfkurə Allahverdiyeva və məktəblilər iştirak ediblər.
Tədbir zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, insan alverinin qarşısının alınması və eyni zamanda uşaq əməyinin istismarına dair iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Bununla yanaşı, iştirakçılara insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.