Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Dadaşov Mehman Əsədulla oğlunun 53-cü doğum günü mərasimi keçirilmişdir

14 may 2024 | 17:15
Şəhid Dadaşov Mehman Əsədulla oğlunun 53-cü doğum günü mərasimində Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri, SHXÇDX-in nümayəndələri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, şəhidin ailə üzvləri, şəhidin məzunu olduğu N. Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin rəhbərliyi və müəllim, şagird kollektivi iştirak etmişlər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan, Dövlət-Ordu-Xalq birliyindən danışılıb. Hər bir azərbaycanlının “Dəmir yumruq” ərtafında sıx birləşərək qırılmaz zəncir yaratdığını mənfur düşmənə və dünyaya göstərdiyini vurğulayıblar. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, qalib ordunun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse- prezident, hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələrinə qazilərimizə göstərdikləri diqqət və qayğıdan söhbət açılıb.
Qeyd edək ki,
Mehman Dadaşov 13 may 1971-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 10 avqust 1992-ci ildə Bərdə RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Dadaşov Mehman 701-ci hərbi hissənin döyüşçüsü olmuşdur. 11 fevral 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində itkin düşmüşdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər