Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Həmidov Şamxal Musa oğlunun ildönümü mərasimi keçirilib

23 sentyabr 2024 | 12:46
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri
2023-cü ildə keçirilən lokal antiterror əməliyyatlarında şəhid olmuş Bərdə rayonunun Ərəblər kəndindən olan Həmidov Şamxal Musa oğlunun birinci ildönümü mərasimində iştirak ediblər.
Qeyd edək ki, şəhid Şamxal Həmidov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərərək öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən şəhid Həmidov Şamxal Musa oğlu ölümündən sonra "Vətən uğrunda” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər