Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Lətifov Elməddin Qabil oğlunun ildönümü mərasimi keçirilib

26 sentyabr 2024 | 10:22
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri
2023-cü ildə keçirilən lokal antiterror əməliyyatlarında şəhid olmuş Bərdə rayonunun Xanağalı kəndindən olan Lətifov Elməddin Qabil oğlunun birinci ildönümü mərasimində iştirak ediblər.
Qeyd edək ki, şəhid Lətifov Elməddin Qabil oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərərək öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı, "Qüsursuz xidmətlər görə" 1 və 2-ci dərəcəli medalları ilə təltif edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər