Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Mehdizadə Mirpaşa Yaqub oğlunun ildönümü mərasimi keçirilib.

23 sentyabr 2024 | 12:04
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatlarında Bərdə rayonunun Qayalı kəndindən olan şəhid Mehdizadə Mirpaşa Yaqub oğlunun birinci ildönümü mərasimində iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Rayon rəhbəri dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etmiş, ailənin qayğı və problemləri ilə maraqlanmışdır.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər