Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Məmmədli Namiq Ağamməd oğlunun ikinci ildönümü mərasimi keçirilib.

18 sentyabr 2024 | 11:57
2022-ci il 13-15 sentyabr tarixlərində Erməni təxribatı zamanı şəhid olmuş Məmmədli Namiq Ağamməd oğlunun ikinci ildönümü mərasimində İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Xatırladaq ki, şəhid Məmmədli Namiq Ağamməd oğlu 02.05.1996-cı ildə Bərdə rayon Mehdili kəndində anadan olub. 2022-ci il sentyabr ayının 12-14 tarixlərində düşmənin törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Məmmədli Namiq Ağamməd oğlu “Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə", 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və Türkiyə Respublikasında keçirilən təlimlərdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalları ilə təltif edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər