Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Yusifov Yusif Əhməd oğlunun doğum günü münasibətilə tədbir keçirilib

16 oktyabr 2024 | 11:57
Bərdə şəhəri F.Muradov adına 7 nömrəli tam orta məktəbdə I Qarabağ müharibəsi zamanı Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşərək şəhid olan Yusifov Yusif Əhməd oğlunun 50 illik yubiley tədbiri keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi və pedaqoji heyəti, şagirdlər, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, şəhid ailələri iştirak ediblər.
Yusif Yusifov 15.10.1974-cü il tarixdə Bərdə şəhərində anadan olub, şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 1993-cü ildə hərbi xidmətə çağırılıb və 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər