Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə tarixi "Torpaq qala" da Beynəlxalq Ailə Gününə həsr edilmiş geniş tədbir keçirilmişdir.

16 may 2022 | 09:42

"İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon UGİM-in direktoru Aynurə Eyyubovanın təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbir kitab, əl işləri, milli yemək ve kulinariya sərgisinə baxışla başlamışdır. Tədbirdə Aynurə Əyyubova ailə dəyərləri mövzusunda ətraflı məruzə etmişdir. Bildirmişdir ki, xalqımız ailə dəyərlərini daim uca tutur, onu mənfi təmayüllərdən qoruyaraq möhkəmləndirir. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək Beynəlxalq Ailə gününün əhəmiyyətindən danışmışdır.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin bu gün ölkəmizdə uğurla davam etdirildiyindən danışmış,  xalqımızın bir ailə kimi cənab İlham Əliyevin ətrafında sıx birliyini xüsusi vurğulamışdır.
Mövzu ətrafında YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, həmçinin rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Vahid Qarayev, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Qarabağ Regional Təhsil İdarəsi müdir müavini Anar Məcidov, Vətən müharibəsi qazisi Xankişi Yusifov çıxış edərək ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsinin vacibliyini  önə çəkmişlər.
Tədbirdə gənc ailələr adından - təzəcə ailə qurmuş şəhid Aqil Quliyevin qardaşına, qocaman ailələr adından - Əməkdar müəllim Qənbər Ağayevə xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbir Bərdə  Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi  rəngarəng konsert proqrami ilə davam etmiş, bütün tədbir iştirakçılarının birliyin rəmzi olan yallı üstündə rəqsi ilə başa çatmışdır.

Keçidlər