Bərdədə təhsil müəssisələrində "Plastik qablaşdırma tullantıları və onların ətraf mühitə mənfi təsiri" mövzusunda maarifləndirici görüş keçirilmişdir
01 fevral 2024 | 12:20
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 07 fevral 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.3. nömrəli tapşırığının (təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi) icrası ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda görüş keçirilmişdir. Görüşdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barədə ətraflı məlumat verilmiş və bu barədə ictimai məlumatlılığın artırılması istiqamətində maarifləndirici söhbətlər aparılmışdır.
Sonda şagirdlər plastik tullantılardan hazırladıqları əl işlərini nümayiş etdiriblər.