Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə təntənəli Novruz bayramı şənliyi keçirildi

17 mart 2023 | 18:15
Heydər Əliyev adına park-bulvarda keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri – cəmi 5 min nəfər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud və Bahar qızı Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbər işçiləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, gənc idmançıların idman proqramlarına, pəhləvanların və kəndirbazların nümunəvi çıxışlarına tamaşa etmiş, məktəblilərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və mətbəximizlə bağlı səhnələrlə tanış olmuşlar.
Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olanların, Türkiyə cümhuriyyətində baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur.
Keçidlər