Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə tibb işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2026 | 16:56
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad etmişdir.
Daha sonra Bərdə Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul şəxsləri, xəstəxananın direktoru Vüsal Məmmədov, müavinlər və tibb işçiləri iştirak etmişlər.
Çıxış edən Vidadi İsayev tibb işçilərinin insanların sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayaraq onların fədakar əməyini yüksək qiymətləndirmiş, ölkədə səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. O, bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi fəxri fərmanlarla təltif olunmuşdur.
 
 
 
 
 
 
 
Keçidlər