Bərdədə T.İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəbdə I Qarabağ müharibəsinin şəhidi Nəzərov Eldəniz Dəmir oğlunun anım tədbiri keçirilib.
06 fevral 2025 | 16:26
Tədbirdə öncə Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra tədbir rəsmi və bədii hissə ilə davam edib, şəhidin adına verilən sinif otağının açlışı olub. Tədbirdə Bərdə RİHB aparatınının məsul əməkdaşı, şəhidin döyüş yoldaşları, məktəblilər və şəhidin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Eldəniz Nəzərov 06 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbdə təhsil alıb. Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılıb. 5-ci Bərdə taborunun döyüşçüsü olub. Marağa, Marquşavan, Laçın-Kəlbəcər və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini məhv edib. 25 avqust 1993-cü ildə Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!