Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə toxumçu və fermerlərin ərzaqlıq buğda proqramına qoşulmasının və pivot suvarma sistemlərinin təşviqi istiqamətində maarifləndirici görüş keçirilmişdir.

03 avqust 2023 | 17:56

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldiləsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar 03 avqust 2023-cü il tarixində rayon İcra Hakimiyyəti və Bərdə DAİM-in birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən toxumçu və fermerlərin ərzaqlıq buğda proqramına qoşulmasının və pivot sistemlərinin təşviqi istiqamətində maarifləndirici görüş keçirilmişdir. Görüşdə cənab Prezidentin məlum Fərmanından irəli gələn bir sıra tədbirlərin rayon üzrə icrası istiqamətində bu sahəyə marağı olan fermerlərə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər