Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” mövzusunda tədbir keçirilmişdir

08 aprel 2024 | 17:14
Bu gün Bərdə Heydər Əliyev Mərkəzində Bərdə Rayon İcra Hakimiyyəti Aparatı yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyasının üzvü, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədovanın “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” adlı tədbiri həyata keçirilmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyasının sədri Səfurə Hümbətova, QMƏŞVAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev və həmin kollecin tələbələri, Bərdə Peşə Liseyinin tələbələri, Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etmişlər. Əvvəlcə Ümummilli lider Heydər Əliyev, Ağdaban faciəsi qurbanları və Vətənin azadlığı uğrunda şəhid olmuş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərkəzin direktoru Arifət Əhmədova qonaqları salamladıqdan sonra bildirdi ki, 1972-ci ildə keçirilmiş Azərbaycan Qadınlarının IV Qurultayında qarşıya qoyulan vəzifələrdən biri və ən mühimi Azərbaycan qadınının rəhbər vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Qadın hərəkatına dərin səmimiyyətini, onların hüquqlarının həqiqi müdafiəçisi olmasını əyani olaraq 1998-ci il yanvar ayının 14-də respublikamızda “Qadın problemləri üzrə Dövlət Komitəsi”-nin yaradılması və “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalamaqla sübut etdi.
Xosrov Musayev Bərdə rayonunda şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan söz açdı.
Etibar Hüseynova Azərbaycan qadınlarının ağır müharibə şəraitində göstərdiyi dözümdən danışdı.
Komissiyanın sədri Səfurə Hümbətova tədbirin yekununda çıxış edərək Azərbaycan qadınlarının bu gün də rəhbər vəzifələrə irəli çəkilməsi və bu vəzifələrdə müvəffəqiyyətlə işləmələrindən söhbət açdı.
Keçidlər