Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq "Heydər Əliyev və Azərbaycan qadınları" mövzusunda dəyirmi masa ətrafında görüş keçirilmişdir

08 dekabr 2023 | 10:13
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı ilə E.Kərimov adına 4 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin, təhsil müəssisələrinin, qeyri-hökümət təşkilatlarının rəhbər və əməkdaşları iştirak etmişlər.
Diskussiya şəraitində keçən görüşdə komissiyanın sədri Səfurə Hümbətova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, UGİM-nin direktoru Aynurə Əyyubova, DİM-nin əməkdaşı Kəmalə Ağayeva, şəhər 4 nömrəli məktəbin direktoru Tofiqə Məmmədova, məktəbin müəllimləri Aygün Qarayeva, Baxşeyiş Məmmədli, Nigar Şükürova çıxış edərək Heydər Əliyevin hakimiyyəti dövründə qadınlarımıza verilmiş yüksək dəyər və qiymətdən danışmışlar. Bildirmişlər ki, qadın hərəkatının genişlənməsi ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır.
Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər.
Keçidlər