Bərdədə “Uşaqların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda tədbir keçirilib
17 dekabr 2024 | 09:10
Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı və şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbdə komissiyanın üzvü, UGİM-in direktoru Aynurə Əyyubovanın təşkilatçılığı ilə ilə “Uşaqların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvü Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, pis vərdişlərə qarşı vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsidir.
Tədbir diskussiya formasında keçib.