Bərdədə Vətən müharibəsi şəhidi Hüseynzadə Elməddin Fərman oğluna həsr olunmuş tədbir keçirilmişdir
22 aprel 2024 | 12:32
Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə rayon Mədəniyyət Mərkəzinin və Günel Əli qızının birgə təşkilatcılığı ilə vətən müharibəsi şəhidi Elməddin Hüseynzadəyə ithaf olunmuş "Vətəni Vətən edən oğul" adlı tədbir keçirilimişdir.
İlk olaraq Ulu Öndərimizin və şəhidlərimizin xatirəsi dərin hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib. Çıxış edənlər Günel Əli qızı, Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhtçisi Səbuhi Qasımov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ramazan Hüseynov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova 44 günlük Vətən müharibəsində ölkə başçımızın apardığı qətiyyətli xarici və daxili siyasət nəticəsində qazanılmış inamlı qələbədən və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar. Şəhid Elməddin Hüseynzadəyə ithaf olunmuş Bərdə Xalq teatrının hazırladığı tamaşa və film nümayiş olunub. Şəhidin anası Arzu Hüseynova övladı üçün hazırlanmış tədbir üçün öz minnətdarlığını bildirib. Daha sonra tədbir vətənpərvərlik musiqiləri və məktəblilərin hazırladığı çıxışlarla davam edib.