Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Vətən müharibəsi şəhidi Hüseynzadə Elməddin Fərman oğlunun doğum günü mərasimi keçirilmişdir.

28 mart 2024 | 10:00
Şəhid Hüseynzadə Elməddin Fərman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
Çavuş Hüseynzadə Elməddin Fərman oğlu 24.03.1998-ci il tarixində Bərdə rayon Divanlı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hüseynzadə Elməddin Fərman oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər