Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Vətən müharibəsi şəhidi İsmayılzadə Şövqi Raqub oğlunun doğum günü mərasimi keçirilmişdir.

27 fevral 2024 | 11:24
Bərdənin Bəcirəvan kəndindən olan şəhid İsmayılzadə Şövqi Raqub oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
Çavuş İsmayılzadə Şövqi Raqub oğlu 23 fevral 1996-cı ildə Bərdə rayon Bəcirəvan kəndində anadan olub, 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan qəsəbəsində gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş İsmayılzadə Şövqi Raqub oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər