Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Vətən müharibəsi şəhidi Rəhimli Baxış İlqar oğlunun doğum günü mərasimi keçirilmişdir.

19 fevral 2024 | 17:21
Bərdənin Bala Qacar kəndindən olan şəhid Rəhimli Baxış İlqar oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.
Rəhimli Baxış İlqar oğlu 19.02.1996-cı ildə Bərdə şəhərində anadan olub, 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Rəhimli Baxış İlqar oğlu ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər