Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək şəhadətə ucalan şəhidimiz Hüseynov Emin Zakir oğlunun ikinci ildönümü mərasimi keçirilmişdir

15 dekabr 2022 | 16:11
Mərasimdə Bərdə RİHB aparatının nümayəndələri, SHXÇDX-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti iştirak etmişlər.
Öncə şəhidimizin məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Tədbir iştirakçıları qəhrəman Azərbaycan əsgərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazandığı qələbələrdən, döyüş yollarından bəhs etmişlər.
Şəhid Hüseynov Emin Zakir oğlu 22.11.1992-ci ildə Bərdə rayon Mollaisalar kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hüseynov Emin Zakir oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər