Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Vətən müharibəsinin qəhrəman şəhidləri Yusifzadə Xudayar Müslüm oğlunun və Cəfərov Təbriz İlqar oğlunun doğum günü qeyd olunub

18 iyul 2023 | 10:07
Mərasimdə rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak etmişlər. Öncə şəhidlərin məzarları ziyarət olunaraq üzərinə tər çiçək dəstələri düzülmüşdür. Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan əsgərinin şücaəti nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və bu gün həmin ərazilərdə görülən işlərdən danışmışlar.
Qeyd edək ki, kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu 15.07.1998-ci ildə Bərdə şəhərində anadan olub, 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Zəngilan rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu ölümündən sonra, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda anadan olub. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapılmamışdır. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər