Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Vətəndaş hüquqları və dövlət xidmətləri” mövzusunda maarifləndirici tədbir keçirilib

09 iyun 2026 | 17:19
İnsan Hüquqları Aylığı çərçivəsində Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətəndaş hüquqları və dövlət xidmətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Regional DOST Mərkəzinin direktoru Vasif Qəribov, Bərdə Rayon Prokurorunun köməkçisi Seymur Musayev, YAP Bərdə rayon təşkilatının nümayəndəsi, İƏD üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də təhsil, səhiyyə və mədəniyyət işçiləri və ASAN Könüllüləri iştirak etmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Sadiq Xəlilov çıxışında İnsan Hüquqları Aylığının əhəmiyyətindən danışaraq vətəndaş hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar nəticəsində dövlət xidmətlərinə əlçatanlığın genişləndirilməsi, elektron xidmətlərin inkişafı, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Daha sonra rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Hüquq və kadr məsələləri sektorunun müdiri Zaur Quliyev, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və Bərdə Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi Vüsal Alıyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Çıxışlarda insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı, dövlət xidmətlərinin sadələşdirilməsi və əlçatanlığının artırılması, ASAN və DOST xidmətlərinin bu sahədə rolu, gənclərin ictimai fəallığının və hüquqi maarifləndirilməsinin genişləndirilməsi, eləcə də ədliyyə orqanlarının vətəndaşlara göstərdiyi hüquqi xidmətlərin səmərəliliyi xüsusi vurğulanıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Keçidlər