Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş qəbulu keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bərdədə vətəndaşları qəbul edib.
Qəbuldan öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiram bildiriblər.
20 fevral 2026-cı il tarixində keçirilən qəbul zamanı Bərdə və Tərtər rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaqla ünsiyyət, məişət zorakılığı, sosial müavinət və digər məsələlər yer alıb.
Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.






