Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində yaşıllıq zolaqları salınıb

26 aprel 2024 | 09:54
Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Otuzikilər kəndinin ərazisində, yolkənarı sahədə həmişəyaşıl sərv ağacları və gül kolları əkilmişdir.
Yaşıllıq zolaqlarının salınmasında əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Nümayəndəlik tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması və ekoloji mühitin qorunması istiqamətində tədbirlərin görülməsi il ərzində davam etdiriləcəkdir.
Keçidlər