Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə yaz-yay mövsümi ilə əlaqədar olaraq rayon ərazisində mövcud olan qəbiristanlıqlarda abadlıq-təmizlik işlərinə geniş start verilmişdir.

20 may 2023 | 16:11
Bərdə rayon İcra Hakimiyyətinin dəstəyi və idarə, müəssisə,təşkilatların, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin iştirakı ilə rayon ərazisində mövcud olan qəbiristanlıqlarda abadlıq və təmizlik işləri çərçivəsində iməcliklər keçirilmişdir.
Qəbiristanlığa gedən yollarda təmir-bərpa işlərinə başlanmış, mövcud olan qapı, darvazalar rənglənmiş, uçulmuş, dağılmış hasarlar və çəpərlər bərpa edilmiş, sahibsiz mal-qaranın qəbiristanlıq ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə şəraitə uyğun olaraq müəyyən ərazilərdə xəndəklər qazılmış, qəbiristanlıqların ərazisində əmələ gəlmiş alaq otları biçilmiş, habelə bərk və məişət tullantılarının toplanması, ərazidən daşınması, xristian xalqlarına məxsus qəbirlərdə tolerantlıq ənənələrinə sadiq olaraq baxımsız qalmış qəbirlərin ətraflarının təmizlənməsi, ehtiyac olduğu təqdirdə su və elektrik xəttinin çəkilməsinin təşkili işləri həyata keçirilmişdir.
Rayon əhalisi ümumilikdə 77 qəbiristanlıq ərazisində həyata keçirilən abadlıq işlərini rəğbətlə qarşılamış və iməcliklərdə 3500-dən çox insan yaxından iştirak etmişdir.
Qeyd edək ki, təmizlik işləri ənənəvi olaraq davam etdiriləcəkdir.
Keçidlər