Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib

20 dekabr 2025 | 17:46

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) təşkilatçılığı ilə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına diqqəti artırmaq, uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə vermək olub.
Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin və Bərdə Rayon Yol-Patrul Xidmətinin əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Bərdə şəhər Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktoru Nuranə Seyidova, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxış edənlər yol hərəkəti qaydalarına əməl etməyin vacibliyindən, xüsusilə uşaqların təhlükəsizliyinin qorunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu kimi tədbirlər gələcəkdə yol-nəqliyyat hadisələrinin azalmasına mühüm töhfə verə bilər.
Daha sonra UGİM-in dərnək üzvlərinin və Elgiz Kərimov adına Bərdə şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları çıxışlar nümayiş etdirilib.
Tədbirin sonunda fəal iştirak edən şagirdlər Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər