Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə yol infrastrukturunun yenilənməsi davam edir

18 dekabr 2025 | 15:53

Bərdə şəhərində yol və nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər mərhələli şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində Şəhid Məmmədli Namiq, Şəhid Cəfərov Oruc, Şəhid Nayıbov Devran, Şəhid Lətifov Elməddin, Bahadur Hacıyev, Bakıxanov, Atatürk və Füzuli küçələrində asfaltlama işləri başa çatdırılıb.
Hazırda Şəhid Asəf Əsgərov küçəsinin döngələrində asfalt örtüyünün yenilənməsi işləri davam etdirilir və bu ilin sonuna kimi tam başa çatdırılması nəzərdə tutulur.
İcra olunan layihələr şəhərdaxili nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təmin edilməsinə, yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.

Keçidlər