Bərdəli gənclər zəlzələ bölgəsində könüllü olaraq fəaliyyət göstərirlər
27 fevral 2023 | 15:27
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir. Ötən həftədən etibarən bərdəli gənclər Şamxal Yaqubov, Emin Rəhimli, Rüfət Bilalov təbii fəlakətin baş verdiyi ərazilərə yollanaraq, zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaşlıq borcunu yerinə yetirirlər.