Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Lək kəndindən olan şəhid Abışov Asif Əlövsət oğlunun doğum günü münasibətilə vətənpərvərlik mövzusunda kompozisiya hazırlanmışdır

18 may 2023 | 15:18
Öncə Vətən torpağı uğrunda canından keçmiş şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Bərdə şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Vətən müharibəsi şəhidi Asif Abışovun xatirəsinə həsr edilmiş kompozisiya nümayiş olunmuş, vətənpərvərlik və şəhidlik məqamı kimi ali mənəvi dəyərləri tərənnüm edən şeirlər səsləndirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər