Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Mehdili kəndindən olan şəhid Məmmədli Namiq Ağamməd oğlunun doğum günü qeyd olunmuşdur

02 may 2023 | 17:24
2022-ci il sentyabr ayının 12-14 tarixlərində düşmənin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Məmmədli Namiq Ağamməd oğlunun 27-ci doğum günü münasibətilə təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Qeyd edək ki, MAHHXHQ əsgər Məmmədli Namiq Ağamməd oğlu 02.05.1996-cı ildə Bərdə rayon Mehdili kəndində anadan olub. 2022-ci il sentyabr ayının 12-14 tarixlərində düşmənin törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Məmmədli Namiq Ağamməd oğlu “Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" “Kəlbəcərin azad olunmasına görə", 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə ” və Türkiyə Respublikasında keçirilən təlimlərdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalları ilə təltif edilmişdir. Ölümündən sonra 3- cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər