Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Piyadalar kəndindən olan şəhid Cəfərli Asim Çingiz oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb

04 sentyabr 2023 | 17:49
Şəhid Cəfərli Asim Çingiz oğlu 04.09.2001-ci ildə Bərdə rayon Piyadalar kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Cəfərli Asim Çingiz oğlu ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Uca Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər