Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, müavinlər, şöbə, bölmə müdirləri, tibb və qeyri tibb personalı, Bərdə Rayon Prokrorluğunun böyük köməkçisi Nərgiz Hüseynli və Bərdə Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Zaur Quliyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan tibb müəssisəsinin direktoru Vüsal Məmmədov tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyib. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan Vüsal Məmmədov, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib. Daha sonra Nərgiz Hüseynli çıxış edərək dünyanın aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyini bildirilib. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi diqqətə çatdırılıb. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edib və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə dair ətraflı məlumat verib. Zaur Quliyev isə öz çıxışında bildirib ki, istənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu, ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial İnkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur. Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab edilir.






