Birinci Qaradəmirçi kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Birinci Qaradəmirçi kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Birinci Qaradəmirçi kəndi qazlaşdırılıb, 1,8 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kəndin ərazisindən keçən Bərdə-Alpout yolu cari təmir edilib, piyada yolu təmir edilib, yolun kənarında müxtəlif növ ağaclar əkilmiş, yol boyu bütün sahibkarlıq obyektləri müasir memarlıq üslubunda yenidən qurulmuş, kəndə sərnişin marşurutu açılmış, 2 çörəkbişirmə sexi tikilmiş, suvarma üçün 4 ədəd subartezian quyusu qazılıb, 2 ədəd subartezian quyusu bərpa edilmişdir.
2021-ci ildə 197 hektar sahədə pambıq əkilmiş, hər hektardan 38,7 sentner olmaqla 762,4 ton pambıq istehsal edilmişdir.
2022-ci ildə 137 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 1 nəfər kümçü 4 qutu ipək qurdu bəsləmiş, 0,132 ton barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Birinci Qaradəmirçi kənd sakinləri Nizami Hüseynov məktəbə içməli su çəkilməsi, həkim məntəqəsinin təmir edilməsi, kəndin baş yoluna məişət tullantıları üçün zibil konteynerlərinin qoyulması, Yasəmən İsmayılova evində internetin zəif olması, Vaqif Fətullayev işlə təmin edilməsi, Rəfayıl Səmədov kənd sakinlərinin içməli su ilə təmin edilməsi üçün 1 ədəd artezian quyusu qazılması, Mədəd İmanov kəndin baş tərəfindəki məişət tullantılarının götürülməsi, İkinci Qaradəmirçi kənd sakini Nizami Abbasov 915 reper nömrəli subartezian quyusunun məhsuldarlığının azalması ilə əlaqədar ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Aftandil İsmayılov itirdiyi ev sənədlərinin bərpasına köməklik göstərilməsi, Lək kənd sakinləri Bəsti Həsənova Vətən müharibəsi iştirakçısı oğlunun işlə təmin edilməsi, Mətanət Dadaşova Birinci Qaradəmirçi sərnişin daşıma marşurutunun Lək kəndinin içərisindən keçməsi, İsbət Hətəmova şəhid oğlunun adının əbədiləşdirilməsi, Qazıqurdalı kənd sakinləri Rüxsarə Ağayeva evinə su çəkilməsi, Habil Mehralıyev Bərdə-Ağdam avtomobil yolundan pay torpağına keçmək üçün keçid verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.