Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qazaxlar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

24 oktyabr 2023 | 18:46
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Birinci Qazaxlar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kənddə elektrik və qaz xətləri texniki normaya gətirilib, ərazidə abadlıq işləri aparılıb, təsərrüfatdaxili 3 km arxlar lildən təmizlənib, 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib, 1 ədəd 100 kv-luq elektrik güc transformatoru quraşdırılmışdır.
2022-ci ildə kənddə 35 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 39 sentner olmaqla 1365 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə 15 hektar sahədə pambıq əkilmiş, hazırda yığıma hazırlıq işləri aparılır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Tahir Sadıqov 4,5 km uzunluqda Şatırlı-Qazaxlar kəndlərarası yolun asfaltlaşdırılması və 1988-ci ildə tikilmiş, qəzalı vəziyyətdə olan Birinci Qazaxlar kənd ümumi orta məktəbinin yenidən tikilməsi, Məhərrəm Əliyev kəndin elektrik və internet şəbəkəsinin yenidən qurulması, Oqtay Abışov Birinci Qazaxlar kənd ümumi orta məktəbin yaxınlığından keçən, məktəbin şagirdləri üçün təhlükə yaradan 10 kv-luq elektrik xəttinin yerinin dəyişdirilməsi, Birinci Qarabağ müharibəsinin şəhidi Həsənov Niyaməddin Mamed oğlunun atası Mamed Həsənov kəndin ərazisində sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, Diləfruz Məmmədova özünə məxsus fərdi yaşayış evində təbii qaz sayğacı quraşdırılması və maddi yardım edilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər