Şriftin ölçüsü :

Saytın rəngi :

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould birgə layihə çərçivəsində Bərdəyə səfər edib

13 oktyabr 2023 | 15:55
 Səfərin məqsədi Bərdədə yerləşən Qadın Resurs Mərkəzinin əməkdaşları və fəal üzvləri ilə görüşmək, eləcə də layihə çərçivəsində uğurlu biznes qurmuş qadınlara baş çəkmək olub.
Səfər zamanı xanım Rokkasalvo və səfir Ould ilk olaraq Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüblər. Daha sonra qonaqlar Qadın Resurs Mərkəzinin üzvləri ilə görüşüb və onların hekayələrini dinləyiblər. Səfərin yekununda onlar 3 uğurlu biznes qurmuş qadınların məkanlarına baş çəkiblər.
Səfər BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Böyük Britaniya Hökumətinin dəstəyi ilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində baş tutub.
Keçidlər