Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qacar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

13 sentyabr 2023 | 11:53
 
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Böyük Qacar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kəndin 2,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Böyük Qacar kəndində suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib və 1-nin yeri müəyyənləşdirilib. 2019-cu ildə Elm və Təhsil Nazirliyi tərəfindən 96 şagird yerlik modul tipli ümumi orta məktəb tikilib istifadəyə verilib.
2022-ci ildə kənddə 30 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32 sentner olmaqla 96 ton pambıq istehsal edilib. 2023-cü ildə isə 11 hektar sahədə pambıq əkilmişdir. 2022-ci ildə kənddə 2 kümçü tərəfindən 7 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 13,7 kq olmaqla 95,9 kq barama istehsal edilmişdir. 2023-cü ildə isə 2 kümçü tərəfindən 7 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 21,14 kq olmaqla 148 kq barama istehsal edilmişdir.
2017-2022-ci illərdə kənddə 1500 ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Rafiq Şəfiyev
Böyük Qacar kəndinin 2 km uzunluqda baş yolunun asfaltlaşdırılması və elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Məhərrəm Şəmilov yay aylarında Böyük Qacar kəndində içməli və suvarma suyu ilə təminatda çətinlik yarandığı üçün 2 ədəd subartezian quyusunun qazılması və internetin sürətinin aşağı olması, Araz Qurbanov fərdi yaşayış evinin qarşısından keçən 100 metr uzunluqda 0,4 kV-luq elektrik xəttinin qəzalı olduğu üçün dəyişdirilməsi, Aydın Həsənov yaşadığı fərdi yaşayış evinin yaxınlığında qəzalı vəziyyətdə olan 2 ədəd 0,4 kV-luq elektrik dirəyinin yenisi ilə əvəz olunması, Böyük Qacar kənd ümumi orta məktəbin direktoru İslam Əzimov həmin məktəbin şagirdi Ağayev Ülvi Rəşad oğlunun 2020-ci ildə avtoqəza keçirdiyi üçün müalicəsinə köməklik göstərilməsi, Ofelya Novruzova səhhətində problemlər olduğunu bildirərək müayinə və müalicə olunmasına və maddi vəziyyəti çətin olduğu üçün birdəfəlik maddi yardım edilməsi, İsmət Kərimov
yeni tikdirdiyi fərdi yaşayış evinə təbii qaz çəkilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər