Bu gün Bərdə Qadın Resurs Mərkəzində "Qüdrətli Azərbaycanın qüdrətli rəhbəri" mövzusunda görüş keçirilmişdir
02 may 2024 | 09:30
Bərdə RİH yanında yaradılmış Ailə Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Qadın Resurs Mərkəzində "Qüdrətli Azərbaycanın qüdrətli rəhbəri" mövzusunda görüş keçirilmişdir.
Görüşdə komissiyanın sədri Səfurə Hümbətova, QMƏŞVAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Liza Cabbarova, rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Bərdə Qadın Resurs Mərkəzinin nümayəndələri və üzvləri iştirak etmişlər.
Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, düşmənin belini qıran dəmir yumruğu, xalqın Prezidentinə olan birmənalı dəstəyindən söz açılıb.
Qeyd olunub ki, məhz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.