Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevin müəllifi olduğu "Ekologiya" kitabının təqdimat mərasimi həyata keçirilmişdir.
06 dekabr 2024 | 10:45
Təqdimatda bir sıra dövlət qurumundan təmsilçilər,rayon ictimaiyyəti və media nümayəndələri iştirak edirdilər. Tədbir Ümummilli lider Heydər Əliyevin və vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlamışdır.Qonaqları salamlayan Xosrov Musayev kitab haqqında məlumat vermişdir.O bildirmişdir ki, uzun illər ərzində ərsəyə gəlmiş kitab Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinin qorunması naminə göstərdiyi xidmətlərdən,dövlət qoruqları və meşələrdən,müasir Azərbaycan dövlətçiliyində uğurlq davam etdirilən ekolayihələrdən və s.bəhs edən maarifləndirici materialdır.
Çıxış edən YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov əlamətdar gün münasibətilə Xosrov müəllimi təbrik edərək,onunpedoqoji uğurları ilə yanaşı örnək ictimai fəallığını da təqdir etmişdir.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov çıxış edərək müəllifə yaradıcılıq fəalliyyətində yeni müvəffəqiyyətlər arzulamışdır.
Çıxış edən "Aran Media Group" un direktoru Rafiq Hüseynov qeyd etmişdir ki, bu cür əhəmiyyətli hadisəlırin ,təqdimatların daha geniş kütlələrə çatdırılması ,təbliği xüsusi əhəmiyyət kəsb edir.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə üzrə Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov bildirdi ki, kitabın mövzusu öz aktuallığı ilə seçilir və gənclər arasında maraqla qarşılanması təqdirəlayiqdir.
Bərdə şəhər S. Behbudov adına 6 saylı tam orta məktəbin direktoru Vüsalə Musayeva da öz çıxışında Xosrov Musayevi işıq üzü görmüş kitabı münasibətilə təbrik etmişdir.
Çıxış edən Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz Həsənova bildirdi ki, bu cür təqdimatlar yeni nəsillər üçün təbiətin mühafizəsi ,yaşıllığın qorunması baxımından diqqətəlayiqdir.
Təqdimatda iştirak edən Bərdə rayon 93 saylı seçki dairəsindən millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev də öz ürək sözlərini və təbrikini dilə gətirdi.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova öz çıxışında vurğuladı ki, rayonun hörmətli ziyalısı,dəyərli müəllimi Xosrov Musayevin kitab təqdimatına ev sahibliyi etməsi sevindirici haldır.Arifət Əhmədova qeyd etdi ki,kitabda bəhs olunan mövzular, elmi tədqiqatlar sadə üslubda və anlaşıqlı tərzdə dərc olunduğundan böyük oxucu kütləsinin marağını cəlb edəcəyinə inanır.Tədbirin yekununda məktəblilərin tərtib etdiyi kompozisiya maraqla qarşılandı .Sonda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Təhminə Qasımovanın ekologiya mövzusuna həsr olunmuş sərgisinə baxış keçirildi.