Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev Azərbaycan dövlətçiliyində qadın siyasəti " adlı tədbir keçirilmişdir.

07 mart 2023 | 17:45

Tədbirdə Bərdə Regional "ASAN Xidmət" mərkəzinin könüllüləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Bərdə Peşə Liseyi, Bərdə rayon Şorəlli kənd tam orta məktəb, Bərdə Mədəniyyət Sarayının əməkdaşları iştirak etmişdir. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti haqqında geniş məruzə etmişdir. O qeyd etmişdir ki, respublikada qadın hərəkatının genişlənməsi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Sonra Bərdə RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə çıxış edərək bildirdi ki, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev qeyd etdi ki, qadınlarımız dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir. Sonra Şorəlli kənd orta məktəbinin direktoru Gülnarə Əliyeva çıxışında bildirdi ki, bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Sonda Mərkəzin elmi işçisi Türkan Şadlinskaya çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında ifadə etdiyi aforizmləri səsləndirmişdir.

Keçidlər